"Qarabağ"ın keçmiş hücumçusu Olavio Juninyo Meksikada növbəti matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçunun çıxış etdiyi "Pumas" ölkə çempionatının 3-cü turu çərçivəsində "Xuares"lə qarşılaşıb.
Görüş "Pumas"ın 5:1 hesablı darmadağını ilə başa çatıb. Qarşılaşmanın qəhrəmanı olan Juninyo matçın 18, 22 və 48-ci dəqiqələrində rəqib qapısına yol taparaq het-trik müəllifi olub. Bunlar təcrübəli futbolçunun yeni mövsümdə vurduğu ilk qollar kimi qeydə alınıb.
Bu qələbədən sonra xallarının sayını 6-ya çatdıran "Pumas" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


