"Qolden Steyt Vorriors" rəhbərliyi "Orlando Mecik"in əsas oyunçuları Paolo Bankero və Frants Vaqnerin vəziyyətini yaxından izləyir.
Offsideplus.az xəbər verir ki, onlar daha əvvəl də bu iki gənc forvardla maraqlanmışdı, lakin Florida təmsilçisi həmin vaxt heç bir təklifə açıq olmamışdı.
İnsayder Brett Siqelə görə, GSV Şərq Konfransında "Orlando Mecik"in nəticələri zəif olacağı təqdirdə Bankero və Vaqner üçün yenidən iddialı olacaq.
Qeyd edək ki, 2026/27 mövsümündə "Orlando Mecik" Bankero, Vaqner, Dezmond Beyn və Ceylen Sags üçün ümumilikdə 161 milyon dollar ödəyəcək. Bu məbləğ klubun ümumi ödənişlərinin 77 faizini təşkil edəcək.


