İngiltərəli cinah oyunçusu Rahim Sterlinqin agenti futbolçunun namizədliyini Braziliyanın "Vasko da Qama" klubuna təklif edib.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu "Feyenoord"dan ayrıldıqdan sonra karyerasını Braziliyada yenidən başlamaq istəyir. Hazırda klubun Sterlinqlə müqavilə imzalamaqda maraqlı olub-olmadığı məlum deyil.
Sterlinq bu ilin qışında "Çelsi" ilə yollarını ayırdıqdan sonra azad agent kimi "Feyenoord"a qoşulmuşdu. Rotterdam təmsilçisinin heyətində keçmiş "Liverpul" və "Mançester Siti" oyunçusu qol vura bilməyib, yalnız bir məhsuldar ötürmə ilə yadda qalıb.
İyun ayında Sterlinq İngiltərədə Lamborghini Urus markalı avtomobili ilə yol qəzasına düşüb və yol kənarındakı maneəyə çırpılıb.


