Braziliyalı yarımmüdafiəçi Duqlas Luis karyerasını "Mançester Yunayted"də davam etdirmək arzusundadır.

Offsideplus.az xəbər verir ki, futbolçunun vətənində də variantları olsa da, Braziliyaya qayıtmaq onun üçün prioritet deyil. Əsas məqsədi Premyer Liqa təmsilçisinə transfer olunmaqdır.

Məlumata görə, "Yuventus" və "Mançester Yunayted" arasında münasibətlər yaxşıdır. Bu səbəbdən, italiyalı mənbə ehtimal edir ki, tərəflər arasında hücumçu Coşua Zirkzenin də daxil olduğu mübadilə baş tuta bilər. Hazırda belə bir razılaşma ilə bağlı konkret danışıqlar aparılmır.

Ötən mövsüm Duqlas Luis bütün turnirlərdə 34 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. 28 yaşlı yarımmüdafiəçinin "qoca sinyora" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.