Vinisius Juniorun "Real Madrid"lə yeni müqavilə imzalamasına əsas maneə imza bonusunun məbləğidir.

Offsideplus.az xəbər verir ki, braziliyalı vingerin hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. Onun illik maaşı təxminən 18 milyon avrodur.

2025-ci ildə "kral klubu" Vinisiusa illik 20 milyon avro maaş təklif edib, lakin futbolçunun tərəfi bu təklifi qəbul etməyib və qarşı təklif irəli sürüb. Klub isə həmin təklifi rədd edib. Tərəflər hələ də razılığa gələ bilməyib.

"The Athletic" nəşrinin məlumatına görə, əsas mübahisə imza bonusunun məbləği ilə bağlıdır. Futbolçunun yaxın ətrafı bu bonusu gəlirin artırılması üçün yeganə yol hesab edir, çünki "Real Madrid" maaş limitini artırmaq niyyətində deyil.

Vinisiusun tərəfi Kilian Mbappenin nümunəsinə istinad edir. Belə ki, Mbappe "PSJ"dən ayrılarkən təxminən eyni maaş alır, lakin böyük imza bonusu əldə edib. "Real Madrid" isə Vinisiusa təklif olunan bonusun məbləğini artırmaq istəmir, çünki bu, növbəti müqavilə uzatmalarında domino effekti yarada bilər. Bildirilir ki, Vinisius yeni müqavilənin imzalanmasına kömək edəcəyi təqdirdə tələblərini azaltmağa hazırdır.