PFL-in yüngül çəkidə çempionu Usman Nurmaqomedov gələcək planları barədə fikirlərini bölüşüb. Nyu-Yorkda Arçi Kolqan üzərində nokautla qazandığı qələbədən sonra Usman bildirib ki, bu, PFL ilə müqaviləsi çərçivəsində son döyüşü olub.

Offsideplus.az xəbər verir ki, PFL-in Jake Paul-un rəhbərlik etdiyi MVP təşkilatı ilə birləşməsinə toxunan Nurmaqomedov deyib: "Jake Paul dəfələrlə bildirib ki, Dana Uayt-ın milyardlıq şirkəti var, amma döyüşçülərə kifayət qədər pul ödənilmir. İndi isə PFL ilə birləşmə baş tutub və mənim müqaviləm bitib. İndi baxaq, Paul döyüşçülərə necə pul verəcək. Əgər deyirsənsə ki, döyüşçülər buna layiqdir, onda bunu göstər. Yenə də, mənə 100 milyon da versələr, böyüyüm nə desə, onu edəcəyəm. Necə deyərlər, pul hər şey deyil".

Usman Nurmaqomedov bir raundda ən çətin rəqibini məğlub edib və Jake Paul-un ünvanına sərt sözlər səsləndirib.