"Football Meets Data" analitik platforması 2026/27 mövsümü üçün UEFA Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edən komandaların liqa mərhələsinə yüksəlmək ehtimallarını yayımlayıb.
Offsideplus.az xəbər verir ki, son Azərbaycan çempionu "Sabah"ın əsas mərhələyə vəsiqə qazanmaq şansı 18.3 faiz qiymətləndirilib. Bu göstərici ilə Bakı təmsilçisi siyahıda 13-cü pillədə qərarlaşıb.
Reytinqə AEK (62.6%), "Vikinq" (58.3%) və "Dinamo" (Zaqreb) (54.6%) başçılıq edir. Statistik modelə əsasən, "Sabah" favoritlər sırasında olmasa da, liqa mərhələsinə yüksəlmək üçün real imkanlarını qoruyur.
Qeyd edək ki, ÇL-nin III təsnifat mərhələsi çərçivəsində "Sabah" "Orhus" ilə avqustun 5-i səfərdə, 11-i isə evdə üz-üzə gələcək. Valdas Dambrauskasın komandası artıq Konfrans Liqasının liqa mərhələsini təmin edib.


