U18 qızlardan ibarət milli komandamız FIBA U18 Qadınlararası Avropa Çempionatının B divizionunda qrup mərhələsində ikinci oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, qızlarımız Portuqaliya yığmasına 52:90 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yığmamız qrup mərhələsində növbəti oyununu 2 avqust saat 14:30-da Niderland yığmasına qarşı keçirəcək.
Komanda statistikası aşağıdakı kimidir:
46 ribaund • 9 məhsuldar ötürmə • 5 topalma • 2 blok
Ən məhsuldar oyunçularımız:
Polina Şukina – 18 xal, 12 ribaund
Deniz Gökçöl – 12 xal, 6 ribaund
Leyla Allahverdiyeva – 7 xal, 8 ribaund, 5 məhsuldar ötürmə
Angelina İsmayılova – 7 xal, 4 ribaund


