Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan “Sabah” təsnifat mərhələsində ilk 4 oyununda 4 qələbə qazanaraq 3-cü mərhələyə yüksəlib. Rəqib isə Danimarkanın “Orxus” klubudur.
"Orxus" klubu 1880-ci ildə yaranıb, 22 il sonra futbol bölməsi fəaliyyətə başlayıb. “Ağlar” ləqəbini daşıyan klub 5 dəfə ölkə çempionu, 9 dəfə kubok qalibi olub. Ev oyunlarını 19 min tamaşaçı tutumuna malik “Seres Park”da keçirirlər.
Avrokuboklarda son illərdə ciddi nəticələri yoxdur. Heç liqa mərhələsinə yüksələ bilmirlər. Lakin 1955/56-ci illər mövsümündə Avropa Çempionlat Kubokunda (indiki ÇL) iştirak edən ilk Danimarka klubu olub. 1960/61 mövsümündə bu turnirin 1/4 mərhələsinə yüksəlib.
Qeyd edək ki, “Orxus” ötən mövsüm 40 ildən sonra ölkə çempionu olub.


