"Beşiktaş" yeni mövsüm üçün Devid Deculiusu heyətinə cəlb edib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı və 183 sm boyunda olan amerikalı basketbolçu ötən mövsüm İspaniya çempionatında "Mursiya"nın heyətində orta hesabla 17,7 xal və 4,3 assistlə yadda qalıb.

O, ümumi atışlarda 46 faiz, üçxallıqda 38 faiz, cərimə atışlarında isə 77 faiz dəqiqlik nümayiş etdirib.

"Beşiktaş" uzun fasilədən sonra Avroliqaya qayıdır. Deculius 2024/25 mövsümündə "Makkabi"nin heyətində də bu turnirdə çıxış edib.