"Zirə"nin hücumçusu Eren Aydın Avropa klublarının diqqət mərkəzinə düşüb.

Offsideplus.az xəbər verir ki, gənc futbolçuya İtaliya A Seriyası, Türkiyə Super Liqası və İspaniya La Liqa təmsilçilərindən təkliflər var.

Qeyd edək ki, .E. Aydın bu ilin fevralında "Zirə"yə qoşulub. 23 yaşlı futbolçu "qartallar"ın heyətində 19 oyunda 7 qol vurmağı bacarıb.