"Real Madrid" hələ də kluba qayıdan Joze Mourinyu və beş yeni transferin rəsmi təqdimatını keçirməyib.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi artıq Bernardo Silva, Mark Kukurelya, İbrahima Konate, Denzel Dumfris və Karlos Espinin transferlərini elan edib. Lakin bu oyunçuların heç biri hələ azarkeşlərə təqdim olunmayıb.
Dumfrisin təqdimatı 28 iyula planlaşdırılsa da, tədbir ləğv edilib. Klub yeni tarixi hələ açıqlamayıb. Nəticədə bəzi yeni transferlər rəsmi təqdimatdan əvvəl "Real Madrid"in heyətində debüt edə bilər.
Əvvəlcə "Real Madrid" təqdimatları dünya çempionatından sonra keçirməyi planlaşdırırdı ki, tədbirlər turnirin kölgəsində qalmasın. Daha sonra klub prezidenti Florentino Peresin Madriddə olmaması səbəbindən qrafik dəyişdirilib.


