Joao Pedro "Çelsi" ilə yeni uzunmüddətli müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında şifahi razılıq artıq əldə olunub. Bu barədə məşhur insaydedr Fabritsio Romano məlumat yayıb.

Yeni müqaviləyə əsasən, braziliyalı futbolçunun sözləşməsi 2033-cü ilin iyun ayına qədər uzadılacaq. Bundan əlavə, onun maaşında da artım nəzərdə tutulur. Bildirilir ki, Joao Pedroya maraq göstərən üç aparıcı klubun təklifləri rədd edilib və "Çelsi" onu komandada saxlamaq qərarında qətiyyətlidir.

Klub rəhbərliyi futbolçunu satışa çıxarılmayacaq oyunçulardan biri hesab edir.