Təcrübəli amerikalı məşqçi Rick Karlayl Luka Donçiçi indiyədək çalışdığı ən özünəməxsus basketbolçu kimi dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, o, "Dallas Maveriks"də keçirdiyi illərdə Donçiçin Avropadan gələn istedadlı gəncdən NBA-nın ulduzuna çevrilməsində mühüm rol oynayıb.
66 yaşlı mütəxəssis "The Draymond Green Show"da çıxışı zamanı bunları söyləyib:
"İstedad baxımından, bacarığı və digər bütün xüsusiyyətləri ilə Luka ən fərqli oyunçudur. O, inanılmaz dərəcədə güclüdür və meydançada əsl rəqabətçidir".
Karlayl əlavə edib ki, sloveniyalı basketbolçuya uyğun heyət yaradılarsa, onu dayandırmaq demək olar ki, mümkünsüzdür:
"Ətrafına doğru oyunçular toplasanız, onu məğlub etməyin yolunu tapmaq çox çətindir. Luka son dərəcə ağıllıdır, bütün incəlikləri bilir və necə qalib gələcəyini yaxşı anlayır".


