Milli komandamızın müdafiəçisi Rahil Məmmədovun çıxılmaz durumu davam edir.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin “Kəpəz”ə transferi alınmayıb. Müdafiəçinin Gəncə klubuna keçidinin alınmamağında əsas səbəb maliyyə məsələlərində anlaşılmazlıq olub.

Qeyd edək ki, Məmmədov ötən mövsümü “Araz-Naxçıvan”da keçirib.