Bu gün 2026-27 mövsümü üzrə UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.
Offsideplus.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Azərbaycanı KL-nin I təsnifat mərhələsində "Zirə", II təsnifat mərhələsində isə "Neftçi" təmsil edir. Səpələnmişlər səbətində yer alan "Zirə"nin rəqibi bu gün, "Neftçi"nin isə 17 iyundakı püşkatmada müəyyənləşəcək.
"Zirə"nin rəqibi aşadakı komandalardan biri ola bilər:
“Torpedo” (Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Yelimay” (Qazaxıstan), “Elbasani” (Albaniya), “Petrovats” (Monteneqro).
Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin ilk qarşılaşması 9 iyulda, cavab oyunu isə 16-da baş tutacaq.


