Bu gün "Qarabağ"ın 2026-27 mövsümü üzrə UEFA Avropa Liqasındakı rəqibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 19:00-da başlayıb. Ağdam klubunun rəqibi "Vestri" (İslandiya) komandası olub. 

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunu 9 iyulda, cavab matçı isə bundan bir həftə sonra baş tutacaq.