"Real"ın futbolçusu Alvaro Karreras karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az "sport.es"ə istinadən xəbər verir ki, "Çelsi" 23 yaşlı cinah müdafiəçisini heyətinə qatmaq istəyir.
"Zadəganlar" oyunçunun vəziyyətini və potensial keçidin mümkün şərtlərini araşdırmağa başlayıb.
Qeyd edək ki, Alvaro Karreras 2025-ci ildə "Benfika"dan heyətə cəlb olunub.


