“Şəfa” futbolçusu Elnur Cəfərov ilə müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı vinger ilə 1 illik müqavilə imzalanıb.

Elnur Cəfərov 2025-ci ilin yanvarından “Şəfa”da çıxış edir. O, iki mövsüm ərzində Premyer Iiqaya yüksələn komandanın aparıcı üzvlərindən biri olub.

Qeyd edək ki, "Şəfa" bunadək Tərlan Quliyevlə də müqaviləni uzadıb.