Futbol üzrə Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün yeni klubu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, Türkiyənin "Vanspor" klubu Kökçünü heyətinə cəlb edib. Futbolçu ilə 2 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, yarımmüdafiəçi son olaraq Niderlandın "Volendam" klubunda çıxış edib.