"Sabah" klubu Patrik Orfe Mbinanı birbaşa transfer edərək yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçunun icarəsi ilə bağlı Sloveniyanın “Maribor” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Beləliklə, Masazır təmsilçisi qabonlu futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mbina “Sabah”ın heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.