Niderland millisinin üzvü Vircil van Deyk dünya çempionatlarında öz ölkəsinin heyətində qol vuran ən yaşlı ikinci futbolçu olub.

Offsideplus.az xəbər verir ki, bu barədə "Opta" portalı məlumat yayıb.

Yaponiya yığması ilə oyun (2:2) zamanı müdafiəçi 34 yaş 341 günü olub. Matçın 50-ci dəqiqəsində futbolçu başla topu tora göndərib.

Qeyd edək ki, Niderland millisinin heyətində qol vuran ən yaşlı oyunçu isə Covanni van Bronkxorstdur. O, Cənubi Afrikada keçirilən DÇ-2010-un Uruqvayla yarımfinal matçının (3:2) 18-ci dəqiqəsində fərqlənib.