“Feyenoord”un yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, komandanı Covanni van Bronxorst çalışdıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Niderlandlı mütəxəssis bu vəzifədə Robin van Persini əvəzləyəcək.

Bronxorst bundan əvvəl “Liverpul”da baş məşqçi Arne Slottin köməkçisi idi.

Qeyd edək ki, Niderland millisinin sabiq futbolçusu 2015-2019-cu illərdə də "Feyenoord"a rəhbərlik edib və 2017-ci ildə komandaya ölkə çempionluğunu qazandırıb.