Bu gün dünya çempionatında növbəti oyunlar keçiriləcək. Son Avropa çempionu İspaniya Kabo-Verde millisini sınağa çəkəcək.
Ölkəmizdə Kabo Verdəni təmsil edən iki futbolçu var — Leandro Andrade və Patrik Andrade. Hazırda "Araz-Naxçıvan"da çıxış edən Patrik Andrade millisinin turnirdəki şansları ilə bağlı gözləntilərini Offsideplus.az-la bölüşüb:
"Məncə, komandamız uğurlu oyunlar keçirəcək və yaxşı futbol nümayiş etdirməyi bacaracaq. Ümid edirəm ki, bu tempdə davam etsələr, hər şey çox yaxşı olacaq. Milliyə uğurlar arzulayıram".


