24 ildən sonra dünya çempionatına vəsiqə qazanan Türkiyə yığması D qrupunda ilk oyununu keçirib.
"Ay-ulduzlular" Avstraliyaya gözlənilmədən məğlub oldu - 0:2.
Bu məğlubiyyətdə günahkar kimdir? Türkiyə seçməsi bundan sonra toparlana biləcəkmi? Taleyi necə olacaq? Bu haqda Arif Əsədov Offsideplus.az-a açıqlama verib:
“Bizim üçün üzücü nəticədir. Gözləntilərimiz böyük idi. Problemlər içində olan Türkiyəni gördük. Oyunun əvvəlindən həyəcanlı görünürdülər. İndiyə qədər baxdıqlarım içində ən zəif Avstraliyanı gördüm. Elə komanda deyildi ki, ona qarşı oynaya bilməyəsən. Müdafiədə çoxlu boşluq verdilər. Mərkəz müdafiəçiləri mövqe səhvləri edirdi. Hücumda “dişsizlik” var idi. Nə etməyə çalışırdılar, bilinmirdi. Hakan Calhanoğludan başqa lider olmadı. Ümidsiz görünürdülər. Oyunun pis keçməsində Arda Gülərin də “rolu” oldu. Lider olmaq istəyirdi, alınmadı. Bu oyun göstərdi ki, Arda Güler o deyil. Kenan Yıldız meydana daxil olandan sonra sürətlənmə oldu. Bu oyunun nəticəsi təsadüf də ola bilər. Birinci oyunda xal itirmək şansları 50% aşağı saldı. Özlərini pis vəziyyətə saldılar. Ümidlər azdır, amma futbolda hər şey ola bilər”.


