"Arsenal" bir neçə aydır ki, "Lill"in gənc yarımmüdafiəçisi Əyyub Buaddini transfer etmək üçün fəal iş aparır.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi yüksək potensiala malik olan 18 yaşlı futbolçunu özünün uzunmüddətli planlarına daxil edib və ona komandada mühüm rol vəd edib. Gənc oyunçunun da "topçular"ın sırasına qoşulmaq ideyasına isti yanaşdığı bildirilir.
"Lill" rəhbərliyi Buaddi üçün təxminən 70 milyon avro tələb edir. Buna baxmayaraq, "Arsenal" rəsmiləri Fransa klubunun prezidenti Olivye Letanq ilə olan müsbət münasibətlərinə güvənirlər.
Onlar bu yaxşı əlaqələrin transfer danışıqlarında onlara üstünlük qazandıracağına və qiyməti aşağı salmağa kömək edəcəyinə inanırlar.
Qeyd edək ki, Buaddi hazırda Mərakeş yığmasının heyətində Dünya Kubokunda mübarizə aparır. O, ötən gecəki Braziliya ilə matçda yaxşı performansla yadda qalıb.


