UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün ÇSKA (Sofiya) – "Qarabağ" cavab oyunu baş tutub. 

Offsideplus.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 22:00-da Vasil Levski adına Milli Stadionda başlayıb. İlk qarşılaşmada hesab açılmayıb - 0:0.

Bu oyunda da əsas və əlavə hissələrdə hesab açılmayıb və tərəflər penaltilər seriyasına yollanıb. Orada daha dəqiq olan ÇSKA 3-cü təsnifat mərhələsinə yüksəlib.

"Qarabağ" isə yoluna Konfrans Liqasında davam edəcək. 

Qeyd edək ki, ÇSKA növbəti turda "Makkabi (Təl-Əviv, İsrail) ilə qarşılaşacaq.

Avropa Liqası, II təsnifat mərhələsi

22:00. ÇSKA (Bolqarıstan) 0:0 "Qarabağ" (Azərbaycan) (İlk oyun - 0:0)