Argentinalı yarımmüdafiəçi Franko Mastantuonoya İtaliyanın aparıcı klubları maraq göstərir.
Offsideplus.az xəbər verir ki, "Milan", "Napoli" və "Fiorentina" Mastantuononu heyətinə qatmaq istəyir. "Fiorentina" artıq "Real Madrid" ilə əlaqə saxlayıb. Transferin əsas şərti argentinalı futbolçuya təklif olunacaq rol olacaq.
Madrid klubu Mastantuononun Avropada qalmasını və icarə əsasında "on nömrə" mövqeyində çıxış etməsini istəyir.
"Real Madrid" Frankonun "River Pleyt"ə qayıtmasını istəmir.


