"Bayern Münhen" yoxlama oyununda həvəskar "Rottax-Egern" komandasını darmadağın edib.

Offsideplus.az xəbər verir ki, qarşılaşma Münhen təmsilçisinin 15:0 hesablı darmadağını ilə başa çatıb.

Birinci hissəni 7:0 öndə bitirən "Bayern Münhen" ikinci yarıda daha 8 qol vurub. Matçda qolları Pavic (8-ci dəqiqə), İbrahimoviç (9, 45+2), Çaves (10, 13), Kardoso (45+3, 50), Zib (51, 59), Palinya (57), Ndiaye (67), Assomo (67), Pavloviç (86), Kimmiş (88) və Nuraj (90+3) fərqləniblər.

Almaniya nəhənginin start heyətində Ulrayx, Kim Min Çje, Bişof, Palinya, İbrahimoviç, Boe, Felip Çaves, Kardoso, Zib, Manuba və Paviç yer alıblar.