UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Neftçi" bu gün "Dinamo" ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, Minsk təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
İlk oyunda Yuri Vernidubun komandası 2:4 hesabı ilə uduzub.
Qeyd edək ki, "ağ-qaralar" 2-ci təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) səddini aşsa, "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.
Konfrans Liqası, II təsnifat mərhələsi
21:00 "Dinamo" (Belarus) - "Neftçi" (Azərbaycan)
İlk oyun - 4:2


