“Hər iki oyuna yaxşı hazırlaşmışdıq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Tvente"nin baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab matçından sonra deyib.
Mütəxəssis qələbəni şərh edib:
İlk matçda məğlub olsaq da, yaxşı epizodlar yarada bilmişdik. Bu dəfə isə bütün məqamları ətraflı təhlil etmişdik. Qarşımızda çox güclü komandanın olduğunu bilirdik. Hazırlığımızın və düzgün analizimizin nəticəsində qələbə qazandıq. "Qarabağ"ın qolundan sonra oyuna bir qədər də ciddi yanaşdıq və istəyimizə nail olduq".
Qeyd edək ki, Niderlandda keçirilən ilk görüşdə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə üstün olan “Tvente” UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.


