“Möhtəşəm dəstək gördük”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə cavab matçından sonra deyib. 

Mütəxəssis komandanın mübarizə apardığını bildirib:

"Məğlub olmaq istəmirdik. Çox həvəsli və istəkli idik. Səhvlərimiz oldu. Hücum xəttində çatışmazlıqlarımız vardı. Belə rəqiblərə qarşı geniş hücum xəttin olmalıdır. Amma meydanda vuruşan kollektiv gördük. Rəqibi təbrik edirəm. Futbolçulara heç nə demədim. Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm".

Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubuna iki oyunun nəticəsinə (1:0, 1:4) əsasən uduzaraq mübarizəni dayandırıb.