Məşhur UFC döyüşçüləri Xamzat Çimayev və Tayron Vudli sentyabrın 5-də Moskvada keçiriləcək RAF turnirində güləş qarşılaşmasına çıxacaq.

Offsideplus.az xəbər verir ki, bu tədbirdə həmçinin keçmiş ONE çempionu Anatoli Malıxin və PFL döyüşçüsü Puyya Raxmani də güləş qarşılaşması keçirəcək. Malıxinin MMA-da 16 döyüşü var və onun nəticəsi 15-1-dir. Raxmani isə altı qələbə ilə məğlubiyyətsizdir.