PFL-in yüngül çəki üzrə çempionu Usman Nurmaqomedov UFC-nin müvəqqəti çempionu Castin Qeyci ilə mümkün qarşılaşma barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, bu barədə belə danışıb: "Habib artıq Qeyciyə qarşı necə döyüşmək lazım olduğunu göstərib. Mən də onu yerə salıb, üstünlük qazanardım. Burada əlavə nəsə düşünməyə ehtiyac yoxdur".
O, həmçinin indiyədək ən çətin döyüşünün Pol Hyuzla ilk qarşılaşması olduğunu bildirib: "Həmin döyüşdə dərin sulara girmək lazım gəldi və bütün gücümü ortaya qoydum. Bu qarşılaşmadan sonra tamamilə fərqli döyüşçü olduğumu hiss etdim".
Qeyd edək ki, U. Nurmaqomedov 1 avqustda Nyu-Yorkda keçiriləcək PFL turnirində Arçi Kolqanla qarşılaşacaq.


