“Qələbəmi şəxsi məşqçim Taleh Məmmədova və ailəmə həsr edirəm”.

Bu sözləri 60 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Elmir Çərkəzov Offsideplus.az saytına açıqlamasında deyib.

O, Bakıda keçirilən U-17 dünya çempionatındakı çıxışını dəyərləndirib:

“Özümdən bürünc medal gözləyirdim. Çünki yarışa yaxşı hazırlaşmışdıq. Altı ay idi ki, bu çempionat üçün əziyyət çəkirdik. Şükürlər olsun ki, medal qazana bildik.

Yarış mənim üçün yaxşı keçdi. Ən çətin qarşılaşmam yarımfinalda iranlı rəqibimə qarşı oldu. Əvvəlcə hesabda irəli idim, lakin sonradan geri düşdüm. Qızıl medal uğrunda mübarizə aparmaq üçün dözümlülüyüm çatmadı".

Qeyd edək ki, Elmir Çərkəzov üçüncü yer uğrunda keçirilən görüşdə yaponiyalı Hinata Hanamoriyə qalib gələrək bürünc medal qazanıb.