"Azərbaycanda güləşmək və yarışmaq çox gözəl hissdir"
Bu fikirləri Offsideplus.az saytına açıqlamasında azərbaycanəsilli finlandiyalı güləşçi Sura Mirac Abbassoy deyib.
61 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bakıda keçirilən U-17 dünya çempionatındakı çıxışını dəyərləndirib:
"Azərbaycan bayrağı altında mübarizə aparmağı çox istəyərdim. Hazırda sənədlərlə bağlı problem olduğu üçün təəssüf ki, bu mümkün deyil. Finlandiyada doğulmuşam, orada yaşayıram və məşq edirəm. Mənə qarşı münasibət yaxşıdır, amma Finlandiyada idmana maraq Azərbaycandakı qədər deyil.”
Qeyd edək ki, yarışa uğurlu start verən Sura Mirac Abbassoy 1/4 final mərhələsində mübarizəni dayandırıb.


