"Gəncə" basketbol klubu yeni müqavilə bağlayıb.
Offsideplus.az xəbər verir ki, klub ötən mövsüm kapitan statusunda oynayan Carvis Qarretlə sözləşməni yeniləyib. 31 yaşlı basketbolçu ilə yeni mövsümün sonuna kimi anlaşma imzalanıb. Carvis oyun qurucusu mövqeyində çıxış edir.
Gəncə təmsilçisinin aparıcı üzvlərindən olan Carris Qarret son mövsümdə Azərbaycan Kubokunun final oyununun ən dəyərli oyunçusu (MVP) olub


