"Real Madrid" klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin transferi üçün danışıqları davam etdirir.

Offsideplus.az xəbər verir ki, İspaniya təmsilçisi artıq Rodri üçün 50 milyon avro dəyərində şifahi təklif irəli sürüb. Müqavilənin detalları üzərində iş davam edir, lakin maliyyə məsələsinin problem olmayacağı bildirilir.

"Real Madrid"in skautları Rodrinin yaşına, meydandakı təsirinə və müqaviləsinin gələn il başa çatmasına görə onu yarımmüdafiə üçün ən yaxşı seçim hesab edirlər. Transferin reallaşmasına iki amil mane olub: klub nümayəndələri Rodrinin dözümlülüyü ilə bağlı narahatlıq keçirib və 80-100 milyon avro ödəmək istəməyiblər. Lakin dünya çempionatındakı çıxışından sonra birinci amil aradan qalxıb. Hazırda əsas diqqət transfer qiymətinə yönəlib. "Mançester Siti"nin nə qədər tələb edəcəyi maraq doğurur. Əgər Rodri münasib qiymətə başa gəlsə və formadadırsa, "Real Madrid" onu transfer etməyə hazırdır. Jurnalist Anton Meana bildirib ki, gələn mövsüm Rodrinin "Real Madrid"də çıxış etməməsini təsəvvür etmir.