"Sabah" klubunun futbolçusu Coy Lens Mikels UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanandan və Konfrans Liqasında liqa mərhələsini təmin edəndən sonra sosial şəbəkə hesabında paylaşım edib.

Offsideplus.az xəbər verir ki, ruandalı futbolçu komandanın qarşıya qoyulan hədəfə çatdığını vurğulayıb:

“İşimizi gördük, amma hələ hər şey bitməyib. Missiyanı yerinə yetirdik və Konfrans Liqasında yerimizi təmin etdik. Komandamız, göstərdiyimiz mübarizə və bu yolda bizə dəstək olan hər kəslə qürur duyuram. Amma biz daha artığını istəyirik. Heç bir bəhanə yoxdur. Heç bir qorxu yoxdur. Heç bir sərhəd yoxdur. Bu, yalnız başlanğıcdır”.

Qeyd edək ki, "Sabah" növbəti mərhələdə "Orxus" ilə üz-üzə gələcək.