Lionel Messi 2026 Dünya Çempionatından sonra "İnter Mayami"nin düşərgəsinə qayıdıb.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı hücumçu 29 iyul, çərşənbə günü komanda ilə məşq edib. Florida təmsilçisi növbəti oyununu 2 avqusta keçən gecə MLS-in müntəzəm çempionatı çərçivəsində "Kolumbus Kruz"a qarşı keçirəcək.

Bu mövsüm Messi MLS-də 14 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.