Mançester Siti James Traffordun yerinə ehtiyat qapıçı kimi Jeronimo Rulini heyətinə qatmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı argentinalı qapıçı özü də bu keçiddə maraqlıdır.

Hazırda "Marsel"də çıxış edən Rulinin transferi ilə bağlı Fransa klubu da məlumatlıdır. Traffordun isə "Lids"ə keçidi yaxın günlərdə baş tuta bilər. Ruli ötən mövsüm Liqa 1-də 29 oyunda meydana çıxıb. Qeyd edək ki, o, 2016-2017-ci illərdə də "Mançester Siti"nin futbolçusu olub.