UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Polşanın "Lex" klubu Danimarkanın "Orxus" klubunu qəbul edib.

İlk görüşdə polşalılar səfərdə 4:1 hesabla qalib gəlmişdilər. Bu görüşdə isə danimarkalılar 4:1 hesabla qalib gəldilər və oyun penaltilərə yollandı.

Penaltilər seriyasında daha dəqiq oynayan "Orxus" klubu 3-cü təsnifat mərhələsinə yüksəldi.

Nəticədə onlar 3-cü təsnifatda "Sabah" klubuna rəqib oldular.