“Yarış yüksək səviyyədə təşkil olunub və iştirakçılar da kifayət qədər güclü idilər”. 

Offsideplus.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda təşkil olunan güləş U-17 dünya çempionatında qızıl medal qazanan ermənistanlı güləşçi Yanes Nazaryan (71 kq) deyib.

O, yarışla bağlı fikirlərini bölüşüb:

"Əhval-ruhiyyəmiz çox yaxşıdır. Burada bizi olduqca səmimi və yüksək səviyyədə qarşıladılar. Qalib gəldiyim üçün sevincliyəm. Bakıda keçirilən dünya çempionatında iştirakımız üçün bütün zəruri şərait yaradılıb. Bizi çox yaxşı qarşıladılar və rahat hazırlıq keçməyimiz, eləcə də yarışda çıxış etməyimiz üçün hər cür imkan yaratdılar".

Qeyd edək ki, Yanes Nazaryan finalda rusiyalı Aslan Dzuevə qalib gələrək qızıl medala yiyələnib.