“Öz səhvlərimə görə finalda uduzdum”.

Offsideplus.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli deyib.

 51 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bakıda təşkil olunan U-17 dünya çempionatındakı çıxışını dəyərləndirib:

"Ölkəmizdə keçirilən dünya çempionatında qızıl medal qazanmalı idim. Müəyyən səhvlər buna mane oldu. Rəqiblə mübarizə zamanı heç bir həyəcan hiss etmirdim, amma yarışın öz ölkəmizdə keçirilməsi, azarkeş dəstəyi məsuliyyəti bir qədər artırırdı. Bəlkə bu da öz təsirini göstərdi. Görüşə aktiv şəkildə başlamamışdım. İnşallah, növbəti dünya çempionatında daha yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksələcəyəm”.

Qeyd edək ki, Abdurrahman Hüseynli finalda özbəkistanlı Bunyod Hasanova uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.