AFFA-da çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.

Offsideplus.az xəbər verir ki, assosiasiyanın baş katibi Cahangir Fərəcullayev Gürcüstanın Batumi şəhərində təşkil olunan Avropa çempionatının (EBSL) B Liqasının qalibi olmuş yığma komandanı qəbul edib.

Tədbirdə Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, millinin məşqçilər korpusu və futbolçular yer alıblar.

Cahangir Fərəcullayev komandanı turnirdəki çempionluq və A Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib.

Baş katib millimizə qitənin en güclü kollektivlərinin yer aldığı A Liqasında uğurlar arzulayıb.