"Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az "Sky DE"yə istinadən xəbər verir ki, Turin təmsilçisi 18 yaşlı Kərim Alaybeqoviçin transferini həyata keçirib.

"Qoca sinyora" bu keçid üçün "Bayer"ə (Leverkuzen) 33 milyon avro tazminat ödəyəcək.

Sözləşmədə, həmçinin 7 milyon avro məbləğində bonus hissəsi də nəzərdə tutulub.