Fransalı hücumçu Randal Kolo Muaninin "Yuventus"a keçidinin detalları məlum olub.

Offsideplus.az xəbər verir ki, Turin klubu Kolo Muanini PSJ-dən icarəyə götürəcək və daha sonra məcburi transfer hüququndan istifadə edəcək.

"Yuventus" bu keçid üçün əsas məbləğ kimi 38 milyon avro ödəyəcək. Əlavə olaraq, 12 milyon avro bonus şəklində nəzərdə tutulub.

Kolo Muani ilə 5 illik müqavilə imzalanacaq. Onun illik maaşı 5,5 milyon avro təşkil edəcək, əlavə olaraq 1,5 milyon avro bonuslar nəzərdə tutulub.