Avqust ayı döyüş idmanları həvəskarları üçün son dərəcə gərgin və zəngin təqvimlə yadda qalacaq. 

Offsideplus.az xəbər verir ki, dünyanın ən nüfuzlu MMA təşkilatları olan UFC və PFL azarkeşlərə bir-birindən maraqlı qarşılaşmalar təqdim edəcək.

Azərbaycanlı idmansevərlərin diqqəti ilk növbədə Tofiq Musayevin oktaqona çıxacağı turnirdə olacaq.

UFC Turnirləri:

  • 1 avqust (UFC Belqrad): Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev səhnəyə çıxacaq. Təmsilçimiz Lyudovit Klaynla üz-üzə gələcək. Turnir çərçivəsində, həmçinin Uroş Mediç – Daniel Rodriqes və Borislav Nikoliç – Mark Voloqdin cütlükləri də döyüşəcəklər.

  • 9 avqust (UFC Fight Night): Mateuş Qamrot Kvilan Salkilldlə qarşılaşacaq.

  • 16 avqust (UFC 330): Gecənin əsas matçında İslam Maxaçev İən Gerri ilə, qadınların mübarizəsində isə Makkenzi Dern Cillian Robertsonla üz-üzə gələcək.

  • 23 avqust (UFC Fight Night): Qreqori Rodriqes – Entoni Ernandes, Roman Dolidze – Renye de Ridder, Sergey Spivak – Vitor Petrino və Şamil Qaziyev – Kennedi Nzecaçku qarşılaşmaları baş tutacaq.

  • 29 avqust (UFC Fight Night): Umar Nurmaqomedov Sun Yadunla gücünü sınayacaq.

  • PFL Turnirləri:

  • 31 iyul: Usman Nurmaqomedov Arçi Kolqanla döyüşəcək.

  • 7 avqust: Denis Qoltsov – Həsən Mejiyev, Valentin Moldavski – Bruno Kappellozza dueləri təşkil olunacaq.

  • 22 avqust: Kris Sayborq Keytlin Vieyraya qarşı, Qaci Rabadanov Yakub Kaşubaya, Maqomed Maqomedov Daniel Markosa və Natan Şulte Makkasharip Zaynuqova qarşı oktaqona çıxacaq.