“Sabah” FK hücumçusu Aron Maluda ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı fransasız futbolçu karyerasını İsveçrə təmsilçisi “Bazel” klubunda davam etdirəcək.

​Bu barədə Paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

​Ötən ilin sentyabr ayından “Sabah”ın şərəfini qoruyan gənc hücumçu komandanın heyətində meydana çıxdığı 31 rəsmi matçda 9 dəfə fərqlənməyi bacarıb.

​Azərbaycan klubu gənc futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.