Türkiyənin "Göztepe" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, İzmir təmsilçisi gürcüstanlı qolkiper Luka Quqeşaşvilinin transferini rəsmiləşdirib.

Super Liqa klubu 27 yaşlı çərçivə qoruyucusunun keçidi ilə bağlı oyunçunun özü və müqavilə ilə məxsus olduğu Yunanıstanın PAOK klubu ilə anlaşma əldə edib. Anlaşmaya əsasən, Quqeşaşvili 2026/2027 mövsümünün sonuna qədər icarə əsasında "Göztepe"nin formasını geyinəcək. Sözləşmədə futbolçunun sonradan satın alınması opsiyası da yer alıb.

Qeyd edək ki, Gürcüstan millisinin də şərəfini qoruyan L. Quqeşaşvili bir müddət "Qarabağ"da da çıxış edib.